525.Az

Adanada avtomobil uçurumdan aşıb - 2 nəfər ölüb


 

Adanada avtomobil uçurumdan aşıb -<b style="color:red">  2 nəfər ölüb</b>

Türkiyənin Adana şəhərində meşə yolunda avtomobil uçurumdan aşıb.

525.az Türkiyə mediasına istinadən xəbər verir ki, bədbəxt hadisə zamanı 2 nəfər həyatını itirib.

Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürənlər gəlib.

Qəza zamanı həlak olanların ər-arvad olduğu müəyyənləşib. Cütlüyün cəsədləri dövlət xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

İsgəndər Həsənov

 





20.10.2025    çap et  çap et