525.Az

Azərbaycanlı hakimə UEFA-dan daha bir təyinat


 

Azərbaycanlı hakimə UEFA-dan daha bir təyinat<b style="color:red"></b>

FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

525.az xəbər verir ki, o, UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Genk” (Belçika) - “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək

Görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.

 





21.10.2025    çap et  çap et