525.Az

AMB-nin valyuta ehtiyatları bu ilin sonunda 11,9 milyard dollar olacaq


 

AMB-nin valyuta ehtiyatları bu ilin sonunda 11,9 milyard dollar olacaq<b style="color:red"></b>

 

Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının bu ilin sonuna 11,9 milyard ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə 525.az  IMF-ə istinadən xəbər verir.

Fond gələn ilin sonuna isə AMB-nin valyuta ehtiyatlarının 11,7 milyard ABŞ dollarına, 2030-cu ilin sonuna isə 9,6 milyard ABŞ dollarına qədər azalacağını proqnozlaşdırır.

Bu il oktyabrın 1-nə AMB-nin valyuta ehtiyatları 11 milyard 310,5 milyon ABŞ dolları təşkil edib. Bu, sentyabrın 1-i ilə müqayisədə 0,5 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 3,2 % artıb, son 1 ildə isə 4,1 % azalıb.

 





21.10.2025    çap et  çap et