525.Az

Azərbaycanın peyk təsvirləri ilə relyef görüntüləri hazırlanacaq


 

Azərbaycanın peyk təsvirləri ilə relyef görüntüləri hazırlanacaq<b style="color:red"></b>

İqtisadiyyat Nazirliyinin sifarişi ilə "Azərkosmos" ölkənin 30-50 sm görüntülü peyk təsvirlərini hazırlayır.

525.az  xəbər verir ki, bunu "Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili" adlı tədbirində İqtisadiyyat Nazirliyinin şöbə müdiri Anar Nərimanov deyib.

O bildirib ki, sözügedən peyk təsvirləri əsasında ölkənin müxtəlif relyef xəritələri hazırlanacaq:

“Bu da təkcə İqtisadiyyat Nazirliyi üçün deyil, bütün dövlət qurumları, dövlət təşkilatları, sahibkarlıq subyektləri və vətəndaşlara açıq resursa çevriləcək. Bu təsirlərdən Milli Məkan Məlumatları İnfrastrukturunun qurulmasında istifadə ediləcək”.

 





21.10.2025    çap et  çap et