525.Az

Ermənistan Azərbaycan Prezidentinin bəyanatını alqışlayır


 

Ermənistan Azərbaycan Prezidentinin bəyanatını <b style="color:red"> alqışlayır</b>

“Rəsmi İrəvan Prezident İlham Əliyevin Azərbaycanın Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq barədə bəyanatını alqışlayır”.

525.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

O deyib ki, bu addım Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, regional kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülhün institusionallaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib.

Pərvanə Sultanova

 





21.10.2025    çap et  çap et