“Yaxın vaxtlarda Gümrü-Qars dəmir yolu xəttinin bərpası və yenidən açılması məsələsini müzakirə etmək üçün Ermənistan və Türkiyənin müvafiq qurumları arasında görüşü keçiriləcək”.
525.az xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının vitse-spikeri, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib.
O, görüşün yeri və tarixinin daha sonra açıqlanacağını söyləyib. İki ölkənin paralel olaraq sərhədlərin açılması ilə bağlı müzakirələri də davam etdiyini bildirib.
Pərvanə Sultanova
çap et