525.Az

Tanınmış rejissor vəfat etdi


 

Tanınmış rejissor vəfat etdi<b style="color:red"></b>

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycanın tanınmış kinorejissoru, aktyoru və ssenaristi Hafiz Fətullayev bu gün 70 yaşında vəfat edib.

Bu barədə Trend-ə Kinematoqrafçılar İttifaqından məlumat verilib.
 
Qeyd edək ki, H.Fətullayev 24 fevral 1944-cü ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirdikdən (1970) sonra Azərbaycan Dövlət Dram Teatrında işləyib.
 
1977-1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında işləyib. 1991-ci ildən "Rimur" müstəqil kinokompaniyasının rəhbəri idi.
 
H.Fətullayev "Qırmızı qatar" və "Müqəddəs odda yanaram" (G.Əzimzadə ilə birgə) filmlərinin quruluşçu rejissorudur.

 





21.01.2015    çap et  çap et