Filippinin cənub-şərq sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
525.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin İsabela əyalətinin Santyaqo şəhərindən 93 kilometr cənub-şərqdə olduğunu açıqlayıb.
Yerli vaxtla saat 19:35-də baş verən 5,8 bal gücündə zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, zəlzələdə can və ya mal itkisinin olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Məhəmməd Tağıyev
çap et