Efiopiyanın şərqində qatar toqquşması nəticəsində 15 nəfər ölüb.
525.az xəbər verir ki, Efiopiyanın Cibuti ilə sərhədindəki Devele qəsəbəsindən Dire Dava şəhərinə gedən sərnişin qatarı qəzaya uğrayıb. Məlumata görə, qatar Şinile şəhəri yaxınlığında relsdən çıxıb və digər hərəkətsiz qatarla toqquşub.
Qeyd edək ki, Dire Dava qəsəbə rəsmiləri qəzada 15 nəfərin öldüyünü, 29 nəfərin yaralandığını açıqlayıb.
Məhəmməd Tağıyev
çap et