Fransanın mədəniyyət naziri Rəşidə Dati oktyabrın 19-da tarixi daş-qaşların oğurlandığı dünyaca məşhur Luvr muzeyində yeni təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini açıqlayıb.
525.az xəbər verir ki, Milli Assambleyanın sessiyasındakı çıxışında Dati ilkin hesabatda təhlükəsizlik problemi olduğu ortaya çıxan Luvr Muzeyindəki oğurluğu qiymətləndirib.
Oğurluğu Fransanın tarixi irsinə ciddi hücum kimi xarakterizə edən Dati təhlükəsizlik boşluğunu aradan qaldırmaq üçün atılan addımlardan danışıb.
Dati bu çərçivədə təhlükəsizlik kameralarının modernləşdirilməsi, muzeydəki bütün təhlükəsizlik nəzarət otaqlarının əsaslı təmiri və muzeyin ətrafında mühafizə sistemlərinin quraşdırılması istiqamətində addımların atıldığını vurğulayıb.
Məhəmməd Tağıyev
çap et