525.Az

Yaponiyada ilk qadın Baş nazir


 

Yaponiyada ilk qadın Baş nazir<b style="color:red"></b>

Liberal-Demokrat Partiyasının sədri Sanae Takaiti ölkə tarixində ilk qadın Baş nazir seçilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin aşağı palatasında keçirilən səsvermədə 465 deputatdan 237-i onun lehinə səs verib.

Takaitinin əsas rəqibi Konstutisiya-Demokrat Partiyasının lideri Yosihiko Noda 149 səs toplayıb.

Qeyd edək ki, 64 yaşlı Takaiti 1 gün ərzində Nazirlər Kabinetinin yeni heyətini formalaşdırmalıdır.

L.Tağıyeva

 





21.10.2025    çap et  çap et