Luvr muzeyindən oğurlanan eksponatların dəyəri açıqlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə muzeyin mütəxəssisləri hesablama aparıblar.
Muzeyə dəymiş ziyan və ya eksponatların dəyəri 88 milyon avro dəyərindədir.
Qeyd edək ki, srağagün səhər oğrular muzeyin Apollon zalından 9 zinət əşyası oğurlayıblar. Sonradan onlardan biri yaxınlıqda qırılmış halda tapılıb. Oğruların və eksponatların axtarışı hələlik müsbət nəticə verməyib.
L.Tağıyeva
çap et