HƏMAS daha iki israilli əsirin meyitini Beynəlxalq Qızıl Xaç (BQXK) rəsmilərinə təhvil verib.
525.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Bununla da HƏMAS-ın təslim etdiyi cəsədlərin sayı 16-ya çatıb.
HƏMAS əllərində olan bütün cəsədləri təhvil verdiyini açıqlayıb. Həmçinin əlavə edilib ki, Qəzzada dağıntılar altında qalan israilli əsirlərin cəsədlərini çıxarmaq üçün xüsusi avadanlığa ehtiyac var.
İsrail isə HƏMAS-ın əlində olan bütün cəsədləri təhvil vermədiyini iddia edib.
İbrahim Cəfərov
çap et