525.Az

Suriyada qadın və uşaqların kütləvi məzarlığı aşkar edilib


 

Suriyada qadın və uşaqların kütləvi məzarlığı <b style="color:red"> aşkar edilib</b>

Suriyanın paytaxtı Dəməşqdə qazıntılar zamanı yeni kütləvi məzarlıq aşkar edilib.

525.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi dövlət televiziyası olan “əl-İxbariyyə” məlumat yayıb.

Bildirilib ki, kütləvi məzarlıq Tel Əlsəvan kəndində aşkarlanıb. Məzardan aralarında qadın və uşaqların da olduğu 20 nəfərin qalıqları çıxarılıb.

Məlumatda Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkə daxilində aparılan axtarış-xilasetmə əməliyyatları zamanı oxşar kütləvi məzarlıqların aşkar olunmağa davam etdiyi vurğulanıb.

İbrahim Cəfərov

 





22.10.2025    çap et  çap et