525.Az

Qızıl və gümüş yenidən bahalaşır


 

Qızıl və gümüş yenidən bahalaşır<b style="color:red"></b>

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

525.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,78% artaraq 4 141,34 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 1,33% artaraq 48,338 ABŞ dolları olub.

 





22.10.2025    çap et  çap et