525.Az

Tramp Yaponiyaya səfər edəcək


 

Tramp Yaponiyaya səfər edəcək<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp oktyabrın 27-də Yaponiyaya səfər edəcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara mətbuat konfransında bildirib.

Oktyabrın 29-a kimi davam edəcək səfər zamanı Tramp ölkənin yeni seçilmiş baş naziri Sinae Takaiti ilə danışıqlar aparacaq. Bundan başqa ABŞ prezidenti imperator Naruhito ilə də görüşəcək.

Qeyd edək ki, bu, Trampın ikinci dəfə prezident seçildikdən sonra Yaponiyaya ilk səfəridir.

L.Tağıyeva

 





22.10.2025    çap et  çap et