525.Az

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi


 

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi <b style="color:red"></b>

Kənd Təsərrüfatı Nazirliyinin Texniki siyasət şöbəsinin müdiri Rəşid Səfərov vəzifəsindən azad edilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin “APA-Economics”ə verdiyi məlumata görə, R. Səfərov təqaüd yaşına çatması ilə əlaqədar öz ərizəsi ilə vəzifəsinin icrasını dayandırıb və təqaüdə çıxıb.
 
M. Hacıyev deyib ki, nazir Heydər Əsədovun imzaladığı əmrə əsasən, adıçəkilən şöbənin rəisi vəzifəsinin müvəqqəti icrası şöbənin rəis müavini Köçəri İmranova həvalə olunub.
 
K. İmanov bundan əvvəl həmin şöbədə sektor müdiri olub.

 





21.01.2015    çap et  çap et