525.Az

Azərbaycan mədəniyyət xərclərini 16 faizə yaxın artırıb


 

Azərbaycan mədəniyyət xərclərini 16 faizə yaxın artırıb<b style="color:red"></b>

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətə 366,4 milyon manat xərclənib.

525.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,9 milyon manat və yaxud 15,8 % çoxdur.

Hesabat dövründə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 78,6 %-i icra edilib.

 





22.10.2025    çap et  çap et