525.Az

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub


 

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub<b style="color:red"></b>

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC artan sərnişin tələbatını təmin etmək məqsədilə 25 noyabrda Bakı-Ağstafa, 26 noyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Bu barədə 525.az-a ADY-dən bildirilib.

Eyni zamanda, 29 sentyabrdan fəaliyyətdə olan həftəiçi Bakı–Ağstafa–Bakı əlavə reysləri və gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə səfər etmək mümkündür.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

 





22.10.2025    çap et  çap et