525.Az

Rusiyada bu xəstəliklər zamanı sürücülük vəsiqəsi ləğv ediləcək


 

Rusiyada bu xəstəliklər zamanı sürücülük vəsiqəsi ləğv ediləcək<b style="color:red"></b>

Rusiyada bəzi xəstəliklər aşkar edilən sürücülərin sürücülük vəsiqəsi avtomatik ləğv ediləcək.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunlara psixoloji sarsıntı, şizofreniya, epilepsiya, kor olma və digər hallar daxildir.

Xəstəlik aşkar olunduqda tibb müəssisə dərhal Yol Hərəkətinin Təhlükəsizliyi Dövlət İnspeksiyasına məlumat ötürəcək ki, bu da sürücülük vəsiqəsinin avtomatik ləğvi ilə nəticələnəcək. Müalicə aldıqdan sonra sağalan sürücü vəsiqəni bərpa etməkdən ötrü 3 ay ərzində yenidən tibbi baxışdan keçməli olacaq.

Qeyd edək ki, yeni qanun layihəsi 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

L.Tağıyeva

 





22.10.2025    çap et  çap et