525.Az

“Uşaq bağçasına dron hücumunun heç bir bəraəti yoxdur” - Zelenski 


 

“Uşaq bağçasına dron hücumunun heç bir bəraəti yoxdur” -<b style="color:red"> Zelenski </b>

“Rusiya dronları Xarkovda uşaq bağçasına zərbələr endirib. Bir nəfər həlak olub, yeddi nəfər yaralanıb”.

525.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

"Rusiyaya məxsus pilotsuz uçan aparatlar kütləvi gecə hücumundan sonra Xarkovda uşaq bağçasına zərbələr endirib. Təəssüf ki, bir nəfər həlak olub. Həmin şəxsin ailəsinə başsağlığı verirəm", - prezident vurğulayıb.

Onun sözlərinə görə, xəsarət alan 7 nəfərə tibbi yardım göstərilir: 

“Bütün uşaqlar təxliyə edilib və sığınacaqlardadır. İlkin məlumatlara görə, bir çoxları ağır stress reaksiyalarından əziyyət çəkirlər. Uşaq bağçasına hücumun heç bir bəraəti yoxdur, ola da bilməz”.

Pərvanə Sultanova

 





22.10.2025    çap et  çap et