“Slovakiyanın tələbləri nəzərə alınarsa, Avropa İttifaqının sammitində Rusiyaya (Aİ) qarşı yeni sanksiyalar paketini dəstəkləyə bilərik”.
525.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Robert Fitso bildirib.
O, sabahkı sammitdən əvvəl Almaniya kansleri Fridrix Merzlə görüşəcəyini açıqlayıb.
Danışıqlar bu axşam baş tutacaq. Baş nazir daha əvvəl bildirib ki, Aİ avtomobil sənayesinin maraqlarını nəzərə almasa, Slovakiya 19-cu sanksiya paketini bloklayacaq. Hökumət rəhbəri bu tələbin qarşıdan gələn sammitin sənədlərinə artıq daxil edildiyini açıqlayıb.
"Bu axşam bunu bir daha müzakirə edəcəyəm və yəqin ki, kansler Merzə razılaşdığımızı deyəcəyəm”, - Fitso bildirib.
O, 2035-ci ildən daxili yanma mühərrikli avtomobillərin satışına qadağa qoyulması ilə bağlı Aİ ilə danışıqların kompromislə bitməsini gözləyir
Pərvanə Sultanova
çap et