Uqandada ikisi avtobus olmaqla 4 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə azı 63 nəfər həyatını itirib.
Hadisə paytaxt Kampala ilə Qulu şəhərini birləşdirən yolda yaşanıb. Ötmə əməliyyatını düzgün yerinə yetirməyən 2 avtobus toqquşub. Yük maşını və yolsuzluq avtomobili də istəmədən qəzanın iştirakçısına çevrilib.
Qeyd edək ki, yerli polis idarəsi onlarla insanın yaralandığını bildirib. Yaralıların bəzilərinin vəziyyəti ağır olduğundan "63" dəyişə bilər.
L.Tağıyeva
çap et