525.Az

Neft Fonduna bu il AÇG və “Şahdəniz”dən daxil olan gəlirlərin həcmi açıqlanıb


 

Neft Fonduna bu il AÇG və “Şahdəniz”dən daxil olan gəlirlərin həcmi açıqlanıb<b style="color:red"></b>

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokundan və “Şahdəniz” qaz-kondensat yatağından blokundan 6 880,9 mln. manat vəsait daxil olub.

Bu barədə 525.az-a Neft Fonduna istinadən xəbər verir.

Məlumata əsasən, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 6 183,9 mln. manat həcmində vəsait daxil olub

“Şahdəniz” yatağından (qaz və kondensat) isə 697mln. manat məbləğində vəsait daxil olub”, - məlumatda qeyd olunur.

 





23.10.2025    çap et  çap et