525.Az

ARDNF III rübdə 4 tona yaxın qızıl alıb


 

ARDNF III rübdə 4 tona yaxın qızıl alıb<b style="color:red"></b>

Bu ilin III rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 3,7 ton qızıl alıb və qızıl ehtiyatlarını 184,8 tona çatdırıb.

525.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, oktyabrın 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 32,8 % olub ki, bu da iyulun 1-i ilə müqayisədə 4 faiz bəndi çoxdur. Bu artımda qızıl alışı ilə yanaşı, onun qiymətinin artması da rol oynayıb.

 





23.10.2025    çap et  çap et