525.Az

İki nəfərdən qanunsuz ov tüfəngi götürülüb


 

İki nəfərdən qanunsuz ov tüfəngi götürülüb<b style="color:red"></b> Azərbaycanda qanunsuz saxlanılan ov tüfəngləri aşkarlanıb.
 
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Şükür Əliyevdən müvafiq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 1 patron, Cəlilabad polisinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bəcrəvan kənd sakini Rahat Babayevdən müvafiq sənədləri olmayan 1 ədəd nömrəsi silinmiş ov tüfəngi götürülüb.
 





21.01.2015    çap et  çap et