525.Az

Ərəbistan dənizində 1 milyard dollarlıq narkotik maddə müsadirə edildi


 

Ərəbistan dənizində 1 milyard dollarlıq narkotik maddə <b style="color:red"> müsadirə edildi</b>

Birləşmiş Hərbi-Dəniz Qüvvələrinin tərkibində xidmət keçən Pakistan Dəniz Qüvvələrinə məxsus hərbi gəmi Ərəbistan dənizində 2 yelkənli qayığı saxlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, axtarış zamanı qayıqlarda külli miqdarda narkotik maddə aşkarlanıb.

2 tona yaxın metamfetamin və 50 kq kokain müsadirə olunub. İlkin hesablamalara görə narkotik vasitələrin qara bazarda qiyməti 972 milyon dollardır.

Səudiyyə Ərəbistanı Hərbi-Dəniz Qüvvələrinin rəhbəri Fəhad Əl-Coiad əməliyyatı Birləşmiş Hərbi-Dəniz Qüvvələri tarixində ən uğurlu əməliyyat adlandırıb.

Qeyd edək ki, 3 milyon kv.mil ərazini nəzarətdə saxlayan Birləşmiş Hərbi-Dəniz Qüvvələrinə 47 dövlətin hərbi kontingenti daxildir. Məqsəd bölgədə narkotik və silah daşınmasının qarşısını almaqdır.

L.Tağıyeva

 





23.10.2025    çap et  çap et