525.Az

Keniyalı həkimlərdən dünya rekordu


 

Keniyalı həkimlərdən <b style="color:red"> dünya rekordu</b>

Nayrobi xəstəxanalarından birində həkimlər 17 yaşlı gəncdən 20,86 kq çox şiş götürüblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, indiyə kimi cərrahi əməliyyat yolu ilə xəstədən götürülmüş ən böyük şişdir.

Niderland Cərrahlar Kollegiyasının bu barədə açıqlamasında tələbə qızın nadir xəstəlikdən - giqantomastiyadan əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, gigantomastiya döş toxumasının həddindən artıq və nəzarətsiz böyüməsi ilə xarakterizə olunan nadir bir patalogiyadır.

L.Tağıyeva

 





23.10.2025    çap et  çap et