525.Az

İsrail “Hizbullah” bazalarına hücum edib, ölənlər var 


 

İsrail “Hizbullah” bazalarına hücum edib, ölənlər var <b style="color:red"></b>

İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın şərqində "Hizbullah"ın şübhəli hərbi obyektlərinə zərbələr endirib. Hava hücumları nəticəsində ən azı 5 nəfər ölüb.

525.az xəbər verir ki, bu barədə  Al Jadeed kanalı məlumat yayıb.

Qeyd olunub ki, güclü bombardmandan sonra təlim bazaları və yeraltı obyektlərin olduğu Suriya ilə sərhəddə yerləşən dağlıq ərazidə böyük yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

Şimstar şəhərində yerli məktəbin bir neçə şagirdi qəlpə yaraları alıb, təhsil müəssəsinə ziyan dəyib.

Pərvanə Sultanova

 





23.10.2025    çap et  çap et