“Çin Tramp administrasiyasının Rusiya neft sənayesinə qarşı sanksiyalarını pisləyir, onların beynəlxalq hüquq baxımından heç bir əsası yoxdur”.
525.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Jiakun bəyan edib.
Tramp administrasiyasının Rusiyanın iki aparıcı neft şirkətinə qarşı sanksiyalar tətbiq etmək qərarını şərh edən rəsmi bildirib ki, Çin beynəlxalq hüquqda əsası olmayan birtərəfli məhdudiyyətləri pisləyir.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı əlavə sanksiyalar, o cümlədən “Rosneft” və “Lukoil” neft şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər elan edib. Buna səbəb isə Rusiyanın Ukraynadakı müharibənin sülh yolu ilə başa çatdırılması prosesinə ciddi sadiqlik göstərməməsi qeyd olunub.
Pərvanə Sultanova
çap et