525.Az

Antalyada zəncivari qəza - 2 turist yaralanıb


 

Antalyada zəncivari qəza - <b style="color:red"> 2 turist yaralanıb</b>

Türkiyənin Antalya şəhərində zəncirvari qəza baş verib.

525.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Antalyanın Serik bölgəsində miniavtobus, avtomobil və iki yük maşını toqquşub. Qəza nəticəsində miniavtobusda olan 2 alman turist yaralanıb.

Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım gəlib.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıblar.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

İbrahim Cəfərov

 





23.10.2025    çap et  çap et