525.Az

Qızıl və gümüşün qiyməti azalıb


 

Qızıl və gümüşün qiyməti azalıb<b style="color:red"></b>

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

525.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0.48% azalaraq 4 125.7 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 1.28% azalaraq 48.08 ABŞ dolları olub.

 

 





24.10.2025    çap et  çap et