525.Az

İrlandiyada prezident seçkisi keçirilir


 

İrlandiyada prezident seçkisi <b style="color:red"> keçirilir</b>

Bu gün İrlandiyada prezident seçkisi keçirilir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da başlayıb.

Təxminən 3,5 milyon seçici ölkənin 10-cu prezidentini müəyyənləşdirəcək. Prezident adı uğrunda Ketrin Konnolli və Heter Hamfris mübarizə aparırlar.

Seçicilər seçki bülletenindəki namizədlərdən hər hansı birinə və ya namizədin adının yanına 1 və ya 2 rəqəmlərini yazmaqla iki namizədə də səs verə bilərlər. Namizədin adının yanındakı qutulara yazılmış 1 və 2 rəqəmləri seçicinin prioritet sırası ilə iki namizədi dəstəklədiyini göstərir.

Səsvermə məntəqələri yerli vaxtla saat 22:00-da bağlanacaq, lakin səslərin sayılması sabah başlayacaq. Ölkənin 10-cu prezidenti olacaq şəxs 11 noyabrda keçiriləcək mərasimdə vəzifəsinin icrasına başlayacaq.

İbrahim Cəfərov

 





24.10.2025    çap et  çap et