525.Az

İspaniyada qəribə oğurluq


 

İspaniyada qəribə oğurluq<b style="color:red"></b>

Madriddə restoranlardan stul oğurlayan dəstə ələ keçib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 6 kişi və 1 qadından ibarət cinayətkar qrup avqust-sentyabr aylarında açıq havada yerləşən 18 restorandan 1100-dən çox stul oğurlayıb.

Oğrular stulların çoxunu İspaniyanın müxtəlif bölgələrində, hətta xaricdə - Mərakeş və Rumıniyada satmağa müvəffəq olublar.

Oğurluq və cinayətkar qruplaşma yaratmaqda ittiham olunan dəstə üzvləri yaxınlarda məhkəmə qarşısına çıxarılacaqlar.

Qeyd edək ki, qruplaşmanın restoranlara vurduğu ziyan 60 min avrodan çoxdur.

L.Tağıyeva

 





24.10.2025    çap et  çap et