525.Az

Belə “bazar” olmaz – Natiq Cəfərli


 

Belə “bazar” olmaz – <b style="color:red">Natiq Cəfərli</b>

«Azərbaycan tarixdə ilk dəfə Aİ95, yəni premium markalı benzin ixrac edib. Bu il Gürcüstana 4 196 ton premium benzin satılıb. Bu ixracın ümumi dəyəri 2 milyon 777 min ABŞ dolları təşkil edib, ixrac olunan benzinin orta qiyməti isə tonuna 662 dollar olub. Bura qədər yaxşıdı, gələk detallara: 1 ton premiumda, təqribən, 1350 litr benzin olur. Biz Gürcüstana 1 litr benzini 0,49 dollara, yəni, litrini 83 qəpiyə satmaşıq. Anlayıram ki, topdansatış qiymətləri fərqli olur, onu da bilirəm ki, Gürcüstana satsaq da, faktiki, “SOCAR Georgia” alıb, o da məlumdur ki, SOCAR-ın Gürcüstanda yanacaqdoldurma şəbəkəsi var, o şəbəkədə premium benzinin satış qiyməti litri 1,11 dollardır. Amma, yaxşı, Gürcüstana 83 qəpiyə sata biliriksə, niyə daxili bazarda qiymət bundan 2 dəfə baha, 1 manat 60 qəpik olmalıdır? Bundan başqa, 1 barrel neftin qiyməti 60 dollara düşüb, qiymət 80-90 dollar olanda da bizdə premium 1,60 manat idi, indi də eyni qiymətədir, belə “bazar” olmaz”.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli 525.az-a deyib. O bildirib ki, Gürcüstanda 2024-cü ilin oktyabrı ilə müqaisədə, bu ilin oktyabrında premium benzinin qiyməti dollar ifadəsində 9 faizə yaxın ucuzlaşıb: “Elan edilmişdi ki, bizdə premium benzini daha Tarif Şurası tənzimləmir. Dəyəri bazar iqtisadiyyatı qaydaları, rəqabət müəyyən edəcək. Hesab edirəm ki, bu rəqabət deyil. Gürcüstana 83 qəpik, bizdə 1 manat 60 qəpik. Hesab edirəm ki, bu doğru deyil”.

Sevinc QARAYEVA
 

 





24.10.2025    çap et  çap et