525.Az

Manisada qəzada 2 nəfər ölüb, 3 nəfər yaralanıb


 

Manisada qəzada 2 nəfər ölüb, 3 nəfər yaralanıb<b style="color:red"></b>

Türkiyənin Manisa şəhərində ağır yol qəzası olub.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Dənizli-İzmir avtomobil yolunun Kavaklıdere qovşağında baş verib. Yağış səbəbindən yük maşınının sürücüsü idarəetməni itirib və aşıb. Aşmış yük maşını əks zolağa yuvarlanaraq qarşıdan gələn avtomobillə toqquşub.

Hadisə yerinə yanğınsöndürənlər, polis əməkdaşları və təcili yardım işçiləri göndərilib.

Qəza nəticəsində 2 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.

İsgəndər Həsənov

 





24.10.2025    çap et  çap et