525.Az
Azyaşlı uşağı oğurlamaqda təqsirləndirilən qadın məhkəmə qarşısında
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda azyaşlı uşağı oğurlamaqda təqsirləndirilən Xırda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən X. Babayeva ifadə verib. O bildirib ki, uşağı olmadığı üçün bu əməli törədib. Daha sonra prosesdə məhkəmə istintaqın yekunlaşması barədə qərar qəbul edilib.
Proses yanvarın 28-də davam etdiriləcək. Həmin gün dövlət ittihamçısı çıxış edəcək.
Qeyd edək ki, ötən il avqustun 13-də Sumqayıt sakini Aysel Əhmədova Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, azyaşlı uşaqları ilə birlikdə parkda olarkən 2 aylıq qızı Aylin tanımadığı qadın tərəfindən oğurlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva ötən il sentyabrın 3-də tutulub.
21.01.2015
çap et