525.Az

Gender bərabərliyi – qadın hüquqları və onların qorunması


 

Gender bərabərliyi – qadın hüquqları və onların qorunması <b style="color:red"></b>

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARICEDAW ƏMƏLDƏADLI LAYİHƏ HƏYATA KEÇİRİR  

 

Cəmiyyətdə qadın hüquqları onların qorunması aktual məsələ olaraq qalmaqdadır. Bu vasitə ilə cəmiyyətdə qadın zorakılığı əleyhinə maarifləndici missiyanı üzərinə götürən Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətindən ibarət Koalisiya Counterpart İnternational təşkilatının Qadın İştirakçılığı Proqramı çərçivəsindəCEDAW ƏMƏLDƏadlı layihəsini həyata keçirir. Layihə ABŞ-ın İnkişaf Agentliyi Norveç Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşir Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənir.

 

Layihənin əsas məqsədi Azərbaycanda gender bərabərliyi qadın hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılmasına istiqamətlənən BMT-nin Qadınlara Qarşı Ayrı-Seçkiliyin bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyasına (CEDAW) dair İctimai Maarifləndirmə Kampaniyasının keçirilməsidir. 2013- ilin ortasına qədər davam edəcək İctimai Maarifləndirmə Kampaniyasına sosial çarxların çəkilişi, jurnalistlərin qadın QHT-ləri üçün təlimlərin keçirilməsi, TV proqramlarının hazırlanması, media müsabiqəsinin təşkili digər təşəbbüslər daxildir.

 

Gender-Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq Kampaniyası 1991-ci ildə ilk dəfə Qadınların Liderliyi Mərkəzinin dəstəyi ilə təşkil olunmuş beynəlxalq kampaniyadır. 25 noyabrQadınlara Qarşı Zorakılığla Mübarizə üzrə Beynəlxalq Gün 10 dekabrBeynəlxalq İnsan Hüquqları Günü tarixləri qadınlara qarşı zorakılığın insan hüquqları ilə əlaqəsini vurğulamaq üçün seçilib.

 

Hər il olduğu kimi 2012-ci ildə Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti 16 günlük kampaniyanın təşkil olunmasında yaxından iştirak edir çoxsaylı təşəbbüslər həyata keçirir.

 

Dünən keçirilən mətbuat konfransı da məhz həmin kampaniyanın başlanğıcına bu müddət ərzində iştirak imkanlarına həsr edilib.

 

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl layihənin həyata keçirildiyi 8 ay əzrində görülən işlər haqqında ətraflı məlumat verib. O, “CEDAW ƏMƏLDƏlayihəsinin əsas hədəf qruplarından biri KİV nümayəndələrinin olmasını qeyd edərək, kampaniyada iştirak imkanlarından danışıb jurnalistlər üçün müsabiqəni açıq elan edib.

 

Tədbirdə daha sonra Counterpart İnternational təşkilatının vitse-prezidenti Sibel Berzeq ABŞ Beynəlxalq İnkişaf Agentliyi Qadın İştirakçılığı Proqramı, Counterpart İnternational Azərbaycan layihə rəhbəri İlqar Ağasiyev çıxış edərək proqram layihə barədə ümumi məlumat verib, iştirakçılara uğurlar arzulayıblar.

 

Keçən il ərzində 4280 gender əsaslı zorakılıqla bağlı cinayət hadisəsinin baş verdiyini deyən İlqar Ağasiyev görülən müxtəlif maarifləndici tədbirlərin nəticəsi olaraq bu ilə 820 gender əsaslı zorakılıqla bağlı cinayət hadisələrinin sayı azalıb. Təbii ki, bunun da yalnız statistik rəsmi göstəricilər olduğunu qeyd etmək lazımdır.

 

Ceyhun ABASOV
 





27.11.2012    çap et  çap et