525.Az

Bölgələrdə sınaq qiymətləndirilməsi keçirilə bilər


 

Bölgələrdə sınaq qiymətləndirilməsi keçirilə bilər<b style="color:red"></b>

Bölgələrdə müəllimlər üçün sınaq qiymətləndirilməsi yay aylarında keçirilə bilər.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu proses mərhələli şəkildə həyata keçiriləcək.
 
Təhsil Nazirliyindən bununla bağlı Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanın bölgələrində də sınaq qiymətləndirilməsinin aparılması nəzərdə tutulur. Bu, sistemli şəkildə həyata keçiriləcək:

“Sınaq qiymətləndirilməsi müəllimlərə öz zəif və güclü tərəflərini müəyyənləşdirməyə, çatışmayan cəhətlərini aradan qaldırmağa kömək edir”.
 
Qeyd edək ki, Bakıda qiymətləndirilmə 4 gün ərzində (ötən ilin 10-13 iyun tarixlərində) aparılıb. Sınaq qiymətləndirilməsində 30 mindən artıq müəllim iştirak edib.

 





21.01.2015    çap et  çap et