525.Az

Nazirlik: Doqquz ayda 1 milyon 400 minə yaxın vətəndaş qəbul edilib


 

Nazirlik: Doqquz ayda 1 milyon 400 minə yaxın vətəndaş qəbul edilib<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və qurumları tərəfindən bu ilin 9 ayında 1,4 milyona yaxın vətəndaşın qəbulu həyata keçirilib.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən məlumata görə, onlardan 134 mini nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 1 milyon 263 mini nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin qəbul otaqlarında və DOST mərkəzlərində qəbul edilib.

Həmçinin 2025-ci ilin yanvar-sentyabr aylarında 1 milyon 605 min 300 (o cümlədən yazılı və e-qaydada 352 min 100, sosial şəbəkələr üzərindən 53 min 200, “142” Çağrı mərkəzi vasitəsilə 1 milyon 200 min) vətəndaş müraciəti cavablandırılıb.

Müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılaraq cavablandırılıb, sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib.

 





24.10.2025    çap et  çap et