525.Az

Sahib Ələkbərov Salyanda vətəndaşlarla görüşüb


 

Sahib Ələkbərov Salyanda vətəndaşlarla görüşüb<b style="color:red"></b>

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Salyan şəhərində vətəndaşlarla görüşüb.

Nazirlikdən 525.az-a bildirilib ki, görüşə gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.

 





24.10.2025    çap et  çap et