525.Az

Bu, sahibkarlara ciddi ziyan vurur, qiymətləri artırır – İqtisadçı


 

Bu, sahibkarlara ciddi ziyan vurur, qiymətləri artırır – <b style="color:red">İqtisadçı</b>

“Son vaxtlar mal-qara arasında yayılan dabaq xəstəliyi fermerlərə ciddi ziyan vurur. Eyni zamanda dondurulmuş ətə olan təlabatı artırır”.

Bunu iqtisadçı ekspert Xalid Kərimli 525.az-a deyib. O bildirib ki, yerli mal ətinin satışına məhdudiyyətin qoyulması əhalinin xaricdən idxal olunan dondurulmuş ət almasına səbəb olur. Bu da yerli fermerlərin müflis olması deməkdir:

“İribuynuzlu heyvanlar arasında bu cür xəstəliklərin yayılması həm sektorda sahibkarlara ciddi ziyan vurur, həm də qiymətləri artırır. Ümid edirəm ki, atılan müvafiq addımlar tez bir zamanda mal-qara arasında bu xəstəliyin yayılmasının qarşısını alacaq”.

Sevinc QARAYEVA 
 

 





27.10.2025    çap et  çap et