525.Az

“Ermənistan Türkiyə ilə intensiv dialoq aparır”- Mirzoyan


 

“Ermənistan Türkiyə ilə intensiv dialoq aparır”- <b style="color:red"> Mirzoyan</b>

“Ermənistan Türkiyə ilə çox intensiv dialoq aparır”.

525.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.

"Mən bu dialoqa çox müsbət baxıram və bu barədə nikbinlik ifadə etmək istəyirəm", - o qeyd edib.

Mirzoyan yaxın gələcəkdə Türkiyə ilə real razılaşmaların əldə olunacağına ümid etdiyini bildirib.

Pərvanə Sultanova

 





27.10.2025    çap et  çap et