525.Az

“Səfərim Almaniya ilə münasibətlərin inkişafına güclü təkan verəcək”


 

“Səfərim Almaniya ilə münasibətlərin inkişafına güclü təkan verəcək”<b style="color:red"></b>

“Azərbaycanla Almaniya arasında münasibətlər çox uğurla və geniş şəkildə inkişaf edir”.

APA-nın məlumatlına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Berlində Almaniyanın federal kansleri Angela Merkellə görüşdən sonra keçirilən birgə brifinqdə deyib.
 
Prezident bildirib ki, iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq davam edir və bundan sonra da davam edəcək:

“Bu səfərim münasibətlərə daha güclü təkan verəcək. Azərbaycanda çoxsaylı alman şirkətləri fəaliyyət göstərir və biz onların fəaliyyətini dəstəkləyirik. Alman şirkətləri tərəfindən Azərbaycana sərmayə qoyuluşu davam etdirilməlidir”.

 





21.01.2015    çap et  çap et