525.Az

Qvadelupa sahillərində ardıcıl 3 zəlzələ


 

Qvadelupa sahillərində ardıcıl <b style="color:red"> 3 zəlzələ</b>

Fransanın dənizaşırı ərazisi Qvadelupa sahillərində 6.5 bal gücündə zəlzələ olub.

525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Episentri təxminən Sent-Ann şəhərindən 196 km qərbdə olan yeraltı təkanlar 10 km dərinlikdə baş verib.

ABŞ Geoloji Xidmətinin başqa bir məlumatına görə, daha sonra ərazidə 6 və 5.4 bal gücündə daha iki zəlzələ olub.

Qeyd edək ki, ardıcıl zəlzələlərdən sonra can və ya mal itkisi olmasa da, sunami təhlükəsi elan edilib.

İbrahim Cəfərov

 

 





27.10.2025    çap et  çap et