525.Az

Ərdoğandan zəlzələ ilə bağlı açıqlama


 

Ərdoğandan zəlzələ ilə bağlı <b style="color:red"> açıqlama</b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesirdə baş verən 6.1 bal gücündə zəlzələ ilə bağlı açıqlama verib.

525.az “Milliyet”ə istinadən xəbər verir ki, o, vəziyyəti diqqətlə izlədiklərini bildirib:

“Balıkesirdə baş verən və ətraf bölgələrdə də hiss olunan zəlzələdən zərər çəkən vətəndaşlarımıza keçmiş olsun deyirəm.

Başda AFAD (Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi) olmaqla, aidiyyəti bölmələrimiz ciddi şəkildə araşdırma aparır. Biz də vəziyyəti diqqətlə izləyirik. Allah ölkəmizi, millətimizi hər cür bəlalardan qorusun”.

İbrahim Cəfərov

 





28.10.2025    çap et  çap et