525.Az

“Cənub qaz dəhlizi”nin I Məşvərət Şurası Bakıda keçiriləcək"


 

“Cənub qaz dəhlizi”nin I Məşvərət Şurası Bakıda keçiriləcək"<b style="color:red"></b> “Azərbaycan enerji sahəsində öz rolunu oynayır, öz təşəbbüslərini irəli sürür. 2012-ci ildə TANAP layihəsinin, 2013-cü ildə TAP layihəsinin, ötən il isə “Cənub qaz dəhlizi” layihəsinin təməli qoyulub”.
 

APA-nın verdiyi məlumata görə, bunu prezident İlham Əliyev bu gün Almaniyanın federal kansleri Angela Merkellə görüşdən sonra keçirilən birgə brifinqdə deyib.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycan özü bu layihələrin təşəbbüskarıdır və layihələrin maliyyələşdirilməsinin böyük bir hissəsini də üzərinə götürüb.
 
“Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı davam etdirəcəyik. “Cənub qaz dəhlizi”nin I Məşvərət Şurası gələn ay məhz Azərbaycanda keçiriləcək”, - deyə prezident vurğulayıb.
 





21.01.2015    çap et  çap et