525.Az

Ən yaxşı klub baş məşqçiləri müəyyənləşdi


 

Ən yaxşı klub baş məşqçiləri müəyyənləşdi<b style="color:red"></b>

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2014-cü ilin yekunlarına əsasən dünyanın ən yaxşı klub baş məşqçilərinin reytinq siyahısını dərc edib.

Qol.Az-ın məlumatına görə, siyahıda 10 baş məşqçi yer alıb.

Ötən mövsüm Madrid "Real"ı ilə Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olan Karlo Ançelotti 169 xalla reytinqdə hər kəsi qabaqlayıb.

Dieqo Simeone ("Atletiko", Madrid) 139 xalla ikinci, Pep Qvardiola ("Bavariya") 76 xalla isə üçüncü olub.

1. Karlo Ançelotti ("Real", Madrid) - 169 xal

2. Dieqo Simeone ("Atletiko", Madrid) - 139 xal

3. Pep Qvardiola ("Bavariya") - 76 xal

4. Joze Mourinyo ("Çelsi") - 15 xal

5. Unai Emeri ("Sevilya") - 11 xal

6. Manuel Peleqrini ("Mançester Siti") - 8 xal

7. Jürgen Klopp ("Borussiya", Dortmund) - 7 xal

8. Antonio Konte ("Yuventus") - 6 xal

9. Ronald Kuman ("Feyenoord" / "Sauthempton") - 3 xal

10. Rudi Qarsiya ("Roma") - 2 xal

 





21.01.2015    çap et  çap et