Türkiyənin Aydın şəhərinin Didim bölgəsində 3.9 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar 7 km dərinlikdə baş verib.
Hər hansı dağıntı və ya təlafat qeydə alınmayıb.
Xatırladaq ki, 2 gün əvvəl Türkiyənin Balıkesir vilayətində 6.1 bal gücündə zəlzələ olub.
İbrahim Cəfərov
çap et