525.Az

Kamçatkada zəlzələ olub


 

Kamçatkada zəlzələ olub<b style="color:red"></b>

Bu gün Bakı vaxtı ilə 06.17-də Kamçatkada 4,8 bal gücündə zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 148 km cənub-şərqdə, ocağı 40 km dərinlikdə yerləşib.

Dağıntı və insan tələfatı barədə məlumat verilmir.

L.Tağıyeva

 





29.10.2025    çap et  çap et